İran prezidenti: Özümlə mübarizə apardıqca görürəm ki, xalqa heç bir cavabım yoxdur

31.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

"Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur", - deyə M.Pezeşkian vurğulayıb.

M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью