İran prezidenti: Tehran ABŞ ilə dialoqdan qaçmayacaq

01.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Razılaşmaları pozmasına baxmayaraq, İran heç vaxt ABŞ ilə dialoqdan yayınmayıb və yayınmaq niyyətində deyil. 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran prezidentinin sözlərinə görə, Qərb Tehranın hazırkı şəraitdə ölkəni idarə edə bilməyəcəyini gözləyirdi:

"Rəqiblərimiz İslam İnqilabının Ali Liderinin, vətəndaşlarının, sərkərdələrinin və alimlərinin ölümünün ölkənin süqutuna səbəb olacağına inanırdılar. Lakin milli birliyimiz və daxili birliyimiz daha da gücləndi. Biz ləyaqət və şərəfimizi qoruyaraq cəmiyyətimizin hüquqlarını müdafiə edirik və heç vaxt dialoqdan qaçmamışıq və qaçmayacağıq. Baxmayaraq ki, ABŞ müqavilə imzalamasına baxmayaraq, ölkəmizi üç dəfə hücumlarının hədəfinə çevirib". 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью