Icma.az bildirir, Azpolitika.az portalına istinadən. İsraillə HƏMAS arasında razılıq əldə ediləndən sonra İranın regiondakı proksi qüvvələri
Qrupun sözçüsü İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əməl edəcəklərini bildirib.
Qeyd olunub ki, yanvarın 19-u İsrail ərazisinə doğru atışlar dayandırılacaq.Eyni zamanda, husilər İsrailin “bölgədə sabitlik və təhlükəsizliyə təhdid olmağa davam etdiyini” bildiriblər.
Husilərin ardınca İraqın iranpərəst silahlı qruplaşması olan “Hizbullah əl-Nucaba” da yəhudi dövləti ilə HƏMAS arasında razılaşmadan sonra İsrailə qarşı hücumları dayandıracağını açıqlayıb.
Bu barədə qrupun baş katibi Əkrəm əl-Kaabi məlumat verib.“Hizbullah əl-Nucəba” Suriya və İraqda xüsusilə fəal olan İraq şiə silahlı qruplaşmasıdır.
2013-cü ildə Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kaabi tərəfindən yaradılıb.
Qrupa İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı bölməsi nəzarət edir.
“AzPolitika.info” Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.