İran PUA ları ABŞ ın Bəhreyndəki bazasına hücum etdi

15.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndə yerləşən hərbi bazasındakı hava hücumundan müdafiə sisteminin radar stansiyasına zərbə endirdiyini bildirib.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, hücumda altı pilotsuz uçuş aparatı (PUA) iştirak edib. Fars agentliyinin SEPAH-a istinadən yaydığı xəbərdə əməliyyatın ABŞ-ın düşmənçilik addımlarına cavab olaraq həyata keçirildiyi qeyd olunub.

Bəhreyn Daxili İşlər Nazirliyi gün ərzində əhaliyə iki dəfə mümkün təhlükə ilə bağlı xəbərdarlıq edib, vətəndaşları sakitliyi qorumağa və zərurət yarandıqda təhlükəsiz yerlərə sığınmağa çağırıb.

Hadisə nəticəsində radar stansiyasına dəyən ziyanın miqyası və mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Bəhreyn ABŞ-ın Fars körfəzi və bütövlükdə Yaxın Şərqdəki hərbi mövcudluğunun əsas dayaq məntəqələrindən biridir. Hücum barədə açıqlama regionda artan hərbi-siyasi gərginlik fonunda verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью