Bizim media saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 29-da İranın sərbəst valyuta bazarında ABŞ dolları ilk dəfə olaraq 3 milyon rial psixoloji həddini aşaraq ölkənin milli valyutasını tarixi minimuma endirib.
Bizim.Media xəbər verir ki, günorta saatlarında Tehranın valyuta birjalarında və müxtəlif izləmə platformalarında dolların satış məzənnəsi 3 milyon 28 min – 3 milyon 52 min rial aralığında rekord həddə çatıb.
Həftənin əvvəlində təxminən 2,80–2,85 milyon rial səviyyəsində olan məzənnə şənbə günü 2,99 milyon rialı ötmüş, bazar günü səhər saatlarında isə 3 milyon səddini keçib.
Mütəxəssislər rialın kəskin ucuzlaşmasını bir neçə əsas amillə əlaqələndirirlər:
Sanksiyalar və dəniz blokadası: ABŞ-ın maliyyə sanksiyalarını sərtləşdirməsi və İran limanlarına tətbiq olunan dəniz blokadası neft ixracını və ölkəyə xarici valyuta axınını ciddi şəkildə məhdudlaşdırıb.
Yüksək inflyasiya: İranda illik istehlak inflyasiyasının 88 faizi ötməsi və ərzaq qiymətlərinin kəskin bahalaşması əhalini əmanətlərini qorumaq üçün kütləvi şəkildə xarici valyuta və qızıl almağa sövq edir.
Bizim.Media