İran Putinin səfərinə hazırlaşır | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana gələcəyinə ümid edir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Səfir bildirib ki, Rusiya ilə İran arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Yüksək səviyyəli rəsmilərin səfərləri artıq adi hal alıb və Tehranda Putinin növbəti gəlişi səbirsizliklə gözlənilir.
Qeyd edək ki, mayın 14-də İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bu xəbəri təsdiqləyərək bildirib ki, hər iki ölkə Putinin səfəri ilə bağlı hazırlıqlara başlayıb.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə dəqiq tarixlərin hələ razılaşdırılmadığını deyib.
Xatırladaq ki, Rusiya Prezidenti ilk dəfə 2007-ci ilin oktyabrında Xəzəryanı ölkələrin sammitinə qatılmaq üçün İrana getmişdi.
Tam oxu
Xəbəri oxu