İran: Putinin Tehran səfəri üçün hazırlıqlar gedir

12.05.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran hökumət sözçüsü Fatma Muhacirani bildirib ki, Tehran, Rusiya Prezidenti Vladimir Putinin İrana edəcəyi səfər üçün hazırlıq işləri aparır.

Bizim yol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Muhacirani: "Putinin Tehrana edəcəyi səfərlə bağlı hazırlıqlarımız davam edir", - deyə bildirib.

Kreml isə hələlik bu səfərlə bağlı rəsmi bir proqram açıqlamayıb.

Muhacirani, İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında davam edən danışıqlara dair: "Bizim heç vaxt ABŞ investisiyaları ilə bağlı bir problemimiz olmayıb. Əslində onlar özlərini İranın yüksək potensialından məhrum ediblər", - deyə qeyd edib.

Hökumət sözçüsü: "Əlbəttə, yeni bir razılaşma əldə olunarsa, ABŞ İranın iqtisadi potensialından tam şəkildə faydalana bilər. Biz də müxtəlif sahələrdə investisiya edə biləcək bir ölkə olaraq buna hazırıq", - deyə fikirlərini bildirib.

Muhacirani, İranın nüvə proqramı ilə bağlı Avropa ölkələri ilə aparılan danışıqlara toxunaraq, bu ölkələrin əvvəlcə yaxşı niyyətlərini göstərməli olduqlarını, yalnız bu halda İranın danışıqlara davam edəcəyini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью