İran qadınlara qarşı zorakılığ qanuniləşdirdi: 13 dekabrdan...

28.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda Konstitusiyanı qoruma şurası bir neçə gün öncə qəbul etdiyi qadınların geyiminə nəzarəti gücləndirən “Hicab və İffət” qanununu gələn ay qüvvəyə minəcək.

“Cebheinfo.az” xəbər verir ki, qəbul edilən yeni qanun bu ilin 13 dekabrda qüvvəyə minəcək və rəsmi olaraq tətbiq olunmağa başlanılacaq.

Qeyd edək ki, sözügedən qanun qadınlara qarşı xüsusilə son zamanlarda daha da aqressiv, amma qanundankənar bir çərçivədə tətbiq edilən təzyiqlər və məhdudiyyətlərin qanuniləşdirilmiş formasıdır.

İranlı hüquqşünaslar deyir ki, “Hicab və İffət” qanununun qəbul edilməsi ilə qadınlara qarşı zorakılığın qanuniləşdirilib.

Yeni qanunun qüvvəyə minməsi qadınların ictimai və iqtisadi fəaliyyətlərdən uzaqlaşdırılmasına yol açacaq.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью