İran qanunsuz yanacaq daşıyan iki gəmini saxlayıb

10.04.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran sərhədçiləri Buşehr şəhəri yaxınlığında sahil sularında 175 ton qaçaqmal yanacaq daşıyan iki gəmini saxlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Buşehr əyalətinin sərhəd xidmətindən bildirilib.

Məlumata görə, aşkar olunan yanacaq müsadirə edilib, ekipaja mənsub 10 nəfər saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью