İran qazının tədarükü ilə bağlı müqavilənin müddəti uzadıldı

27.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Türkiyə və İran qaz şirkətləri "Botas" və "National Iranian Gas Co." İran qazının Türkiyəyə tədarükü ilə bağlı müqaviləni uzatmaq barədə razılığa gəliblər.

"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, iyul ayında başa çatan müqavilə müddəti 2032-ci ilə qədər uzadılıb.

İldə 10 milyard kubmetr tədarük həcminin eyni qalıb-qalmadığı isə hələlik məlum deyil, çünki tərəflər hələ rəsmi müqavilə sənədini dərc etməyiblər. İnternetdən sifariş

Boru kəməri qaz təchizatı, xüsusən də İran neft ixracını əhəmiyyətli dərəcədə azaldan ABŞ ilə münaqişə fonunda Tehran üçün vacib gəlir mənbəyidir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью