Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-a məxsus bir ədəd MQ-1 tipli pilotsuz uçuş aparatı İranın cənubundakı Qeşm adası üzərində vurulub.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, PUA korpusun Aerokosmik Qüvvələrinin qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən izlənilərək ələ keçirilib və məhv edilib.
Qeyd edilib ki, bu, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 17-ci MQ-1 tipli PUA-dır.