İran Qətərə 100 dən çox ballistik raket atıb

03.03.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qətər Müdafiə Nazirliyi İranın ölkəyə raket hücumları ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi (QNA) məlumat yayıb.

Məlumata görə, İran silahlı münaqişənin başlanmasından bəri Qətər ərazisinə üç qanadlı raket və 101 ballistik raket atıb, bunların əksəriyyəti uğurla ələ keçirilib.

Nazirlik qeyd edib: “İki Su-24 qırıcı təyyarəsi, üç qanadlı raket, 101 ballistik raketdən 98-i və 39 pilotsuz uçuş aparatından 24-ü uğurlu şəkildə ələ keçirilib”.

Bəyanatda vurğulanır ki, Qətər Silahlı Qüvvələri ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq və hər hansı xarici təhdidə qətiyyətlə cavab vermək üçün bütün imkan və resurslara malikdir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью