İran qida və kənd təsərrüfatı məhsullarının ixracını dayandırdı

03.03.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İran hökuməti bütün qida məhsulları və kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq qərarına gəlib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib.

"Hökumətin əhalinin əsas, zəruri və həyati əhəmiyyətli mallarla təmin edilməsinə üstünlük verməsi qərarı ilə əlaqədar olaraq bütün qida məhsulları və kənd təsərrüfatı məhsullarının ixracı növbəti xəbərdarlığa qədər qadağandır", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью