Icma.az bildirir, Modern.az portalına istinadən.
İran ABŞ-la müharibə olacağı halda sualtı internet kabellərinə zərbələr endirəcək.
Modern.az xəbər verir ki, bu barədə İranın iki yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib.
Qeyd olunub ki, Tehran sualtı internet kabellərinə zərbələr endirmək üçün ətraflı planlar hazırlayıb.
İran həmçinin, kabellərə uğurlu zərbələr endirildiyi təqdirdə onların təmirinə mane olmağı da planlaşdırır. Məqsəd qlobal internet şəbəkəsində yaranacaq fasilələri mümkün qədər uzatmaqdır.