Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qonşu ölkələr bizimlə dostdurlar. Lakin onların ərazisi, hava məkanı və ya suları İrana qarşı istifadə olunarsa, onlar düşmən dövlətlər kimi qəbul ediləcəklər".
Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri açıqlayıb.
Onun sözlərinə görə, bu mesaj artıq bölgədəki tərəflərə çatdırılıb.