İran qüvvələrinin əsas hissəsini Suriyadan çıxarıb...

07.01.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Əsədin devrilməsindən sonra

“The Wall Street Journal” ABŞ, Aİ və ərəb ölkələrinin rəsmilərinə istinadən yazır ki, İran qoşunlarının əhəmiyyətli hissəsi diktator Bəşər Əsədin devrilməsindən sonra Suriyanı tərk edib.

Qərb diplomatları bildiriblər ki, minlərlə İran əsgəri və onların müttəfiqləri Suriyanı tərk edib və sonradan İsrail tərəfindən məhv edilən və ya Heyət Təhrir əl-Şam eləcə də digər qruplar tərəfindən əsir götürülən əhəmiyyətli miqdarda hərbi texnikanı, silahları geridə qoymağa məcbur olublar.

SİA-nın məlumatına görə, onların əksəriyyəti, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri İraqın sərhədyanı Əl-Qaim şəhərinə, bəziləri Dəməşqdən Tehrana, Livan Hizbullah hərəkatının nümayəndələri isə Livana qaçıblar.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью