İran radar sistemimizi vurmayıb ABŞ dan təkzib

13.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində iki PUA göndərib. Hər iki uçuş aparatı ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir ziyan dəyməyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşım edib.

Qeyd edək ki, bu gün SEPAH-ın ABŞ-ın Sirik şəhərinə endirdiyi hava zərbəsinə cavab olaraq Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemini məhv etdiyi xəbəri yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью