İran raket arsenalını yenidən artırır ABŞ kəşfiyyatı

15.11.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın arsenalında 1500–2500 ballistik raket var. Bu isə Tehranın müharibədən əvvəlki raket ehtiyatının yarıdan çoxunu bərpa etdiyini göstərir.

Gununesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, İran raket arsenalını əsasən əvvəlcədən ehtiyatda saxladığı komponentlər hesabına artırır. ABŞ və İsrailin zərbələri nəticəsində raket anbarlarının girişləri dağıdılsa da, peyk görüntüləri İranın bəzi obyektləri yenidən açaraq raketləri çıxardığını göstərir.

ABŞ kəşfiyyatı rəqəmlərin dəqiq olmadığını, İranın raket ehtiyatlarını müəyyənləşdirməyin çətinliyini vurğulayır.

Bununla belə, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın İranın raket arsenalının 85 faizinin məhv edildiyi barədə açıqlaması ilə ziddiyyət təşkil edir.

İsrail rəsmiləri də İranın 1500-dən çox ballistik raketə malik olduğunu hesab edirlər.

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью