İran raket atmadığını deyir, amma qonşu ölkələrdə partlayışlar olur

10.04.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İran Fars körfəzi ətrafında yerləşən ölkələrə hücum etmədiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb.

Açıqlamada bildirilib ki, atəşkəsdən sonra İran qüvvələri heç bir ölkəni hədəfə almayıb. Həqiqətən hücumlar olubsa, İranla əlaqəsi yoxdur.

O da İddia edilib ki, bu addımların arxasında “sionist qüvvələr” və ya ABŞ dayana bilər.

Regionda isə gərginlik davam edir.

ABŞ, İran və İsrail arasında müvəqqəti atəşkəs qüvvədədir. Lakin İranın bütün etiraz və şərtlərinə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir. Əsas məqsəd isə İrana yaxın olan Hizbullahı tərki-silah etməkdir.

Bahar Babaşova, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью