İran raketlərini hazır vəziyyətə gətirdi Gərginlik pik həddə

31.03.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Trampın artan təhdidləri fonunda potensial cavab üçün raketləri hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.

“İran silahlı qüvvələri ABŞ Prezidenti Donald Trampın Tehranın onun şərtləri əsasında yeni nüvə sazişi ilə razılaşmaması halında davam edən hərbi əməliyyat hədələri fonunda ABŞ-la əlaqəli mövqelərə zərbə endirmək qabiliyyətinə malik raketləri hazırlayıb.

Buraxılışa hazır raketlərin əhəmiyyətli bir hissəsi hava hücumlarına tab gətirmək üçün nəzərdə tutulmuş ölkə daxilində səpələnmiş yeraltı qurğularda yerləşir”, – nəşrin məlumatında deyilir.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью