Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini, ancaq bunun üçün hələ hazır olmadığını bildirib.
“İran çox istəyir ki, razılaşma əldə etsin, amma düzgün razılaşma əldə etməyə hazır deyil”, – Tramp deyib.
ABŞ prezidenti, habelə, Vaşinqtonun bölgədəki hərbi mövqeyinə toxunaraq bildirib ki, ABŞ “bütün bu bölgəyə, xüsusən də Hörmüz boğazına tam nəzarət edir”.
Tramp əlavə edib ki, ABŞ-nin nəzarəti yalnız dəniz əraziləri ilə məhdudlaşmır və “quru əraziləri də daxil olmaqla, bölgənin dərinliklərinə qədər uzanır”.
"AzPolitika.info"