Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İranın “Mehr” xəbər agentliyi məlumatlı mənbəyə istinadən Amerikanın “Axios” nəşrinin İran və ABŞ arasında təklif olunan razılaşmanın məzmunu ilə bağlı xəbərini təkzib edib.
“Cebheinfo.az” xəbər verir ki, mənbə iddiaların Amerikanın mövqeyini əks etdirdiyini və İran tərəfindən təsdiqlənə bilməyəcəyini deyib.
Xatırladaq ki. “Axios” əvvəllər təklif olunan razılaşmanın iki tərəf arasında atəşkəsin 60 gün uzadılmasını, Hörmüz boğazının tranzit haqqı olmadan yenidən açılmasını və İranın boğazdakı dəniz minalarını çıxarmasını nəzərdə tutduğunu bildirmişdi.
Tehrandakı mənbə dərc olunmuş detalları rədd edib və onların İranın mövqeyini əks etdirmədiyini deyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin