Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran rəhbərliyi ABŞ ilə danışıqlar aparmağa ümid etmir və mümkün yeni qarşıdurmaya hazırlaşır.
Redaktor.az xəbər verir ki, “The Wall Street Journal”ın (WSJ) mənbələrə istinadən yaydığı məlumata görə, İranın sərt xətt tərəfdarı olan rəhbərləri əvvəl əldə olunmuş razılaşmanı ABŞ və İsrailin təzyiqi azaltmaq və gələcək hərbi əməliyyatlara hazırlaşmaq cəhdi kimi qiymətləndirirlər.
Məlumata görə, İran son iki ay ərzində danışıqlara deyil, mümkün daha genişmiqyaslı münaqişəyə hazırlaşmağa üstünlük verib.
İran rəhbərliyinin bu istiqamətdə bir sıra tədbirlər gördüyü bildirilir. İslam İnqilabı Keşikçiləri Korpusunun ölkənin nizami ordusu üzərində nəzarəti artırılıb, bəzi mühüm vəzifələrə İraq müharibəsi veteranları təyin edilib.
Bundan başqa, ölkə daxilində əks-kəşfiyyat tədbirlərinin genişləndirildiyi, raket və dron istehsalının artırıldığı qeyd olunur.
Körfəz ölkələrinin kəşfiyyat məlumatlarına görə, İran rəhbərliyində xarici ərazilərdə hücum əməliyyatlarının keçirilməsi ilə bağlı müzakirələr də artır.
Aytəkin TOFİQQIZI