“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür!”

03.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İran rəsmilərini ABŞ ilə danışıqların aparıldığını inkar etdiklərinə görə ikiüzlü adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş istəyirlər — hətta bəziləri buna “yalvarmaq” deyərdi — danışıqlar başlayır və yaxın gələcək üçün yeniləri planlaşdırılır, lakin onlar açıq və qürurla heç bir müzakirənin aparılmadığını, heç nəyin müzakirə olunmadığını və yalnız “Oman” ilə məşğul olduqlarını bəyan edirlər”, - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью