İRAN RƏHBƏRLİYİNƏ QARŞI ZƏRBƏ HAZIRLANIR Siyahıda kimlər varr?

25.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Donald Tramp administrasiyası İran İslam Respublikası rəhbərliyinin bir hissəsini öldürmək məqsədi ilə Tehrana əlavə zərbələr endirməyi nəzərdən keçirir.

“AzPolitika” xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, bu ssenarinin administrasiyadakı tərəfdarları belə bir addımın Trampa İranla müharibəni öz şərtləri ilə bitirməsinə imkan verəcəyinə inanırlar. Lakin adminstrasiyada bu sssenarinin əleyhinə olanlar xəbərdarlıq edirlər ki, İran rəhbərliyi öldürülərsə, Tehranın mövqeyi daha da sərtləşə bilər və gələcək sülh danışıqlarına inam sarsılar.

Bu arada, ABŞ hərbi rəhbərliyi İran liderlərinə hücumların Amerika rəsmiləri üçün də təhlükəsizlik riskləri yarada biləcəyindən qorxur. Məsələn, bundan öncə, ABŞ Maliyyə Naziri Skott Bessent Tehrandan gələn təhdidlər səbəbindən Vaşinqton ərazisindəki hərbi bazaya köçüb.

“NBC” mənbələrinə görə, Tramp hələ ki, İran rəhbərliyinin öldürülməsilə bağlı yekun qərar verməyib. Kanal qeyd edir ki, İranın bəzi liderlərinin öldürülməsi ehtimalı uzun müddətdir müzakirə olunsa da, son həftələrdə müharibəyə son qoymağın yollarının axtarışı fonunda bu müzakirələr daha da intensivləşib.

Bəs Ağ Ev İranda konkret olaraq hansı rəhbərləri hədəf ala bilər?

Xatırladaq ki, bu ilin fevral ayında hərbi münaqişənin başlanğıcında ölkəni 36 il idarə edən İranın Ali Lideri Əli Xameneyi ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb. Mart ayında onun yerinə oğlu Müctəba Xamenei gəlib. Onun da hava hücumları nəticəsində ağır yaralandığı və uzun müddət müalicə olunduğu bildirilir. Üstəlik, o hələ də rəsmən ictimaiyyət qarşısına çıxmayıb. İran rəhbərliyində rəsmən əsas söz sahibi Müctəba Xamenei hesab olunsa da, həlledici qərarların onun təkbaşına verməsinə, yaxud bütün qərarların onun iradəsindən asılı olduğuna Qərbdə çox da inanmırlar. Ancaq buna baxmayaraq, müvəqqəti olaraq ictimaiyyətin diqqətindən kənarda qalan Xameneini bir çox ABŞ rəsmiləri atasından daha sərt siyasi xətt tərəfdarı hesab edirlər...

Hazırda İranın hakimiyyət ierarxiyasında mühafizəkar qanadın, eləcə də SEPAH-ın üstün olduğu qeyd edilir. Bu yanaşma nəzərə alınsa, daha çox islahatçı qanadın təmsilçisi kimi tanınan Prezident Məsud Pezeşkian çətin ki, ABŞ-nin öldürmək istədiyi şəxs olsun.

İran Parlamentinin sədri Məhəmməd Qalibaf daha çox mühafizəkar qanadın təmsilçisi sayılır. Lakin ABŞ ilə danışıqlarda İran nümayəndə heyətində əsas fiqur sayılan, Ağ Evlə təmasları olan Qalibafın hədəf alınacağı da inandırıcı görünmür. Ancaq siyahıda onun adının olduğunu birmənalı istisna etmək də olmaz…

Həmçinin, İran XİN başçısı Abbas Əraqçi və bu düşərgədən olan digərlərinin də hədəf alınacağı ağlabatan deyil.

Beləliklə, qalır rəhbərlikdəki qatı mühafizəkar şəxslər və SEPAH rəhbərliyi. Bu “kriteriyalara” daha çox uyğun görünən xeyli şəxs var. Çoxları hazırda verilən qərarlarda əsas söz sahiblərindən birinin SEPAH-ın keçmiş komandanı, İran Ali Milli Təhlükəsizlik Şurasının hazırkı katibi Möhsün Rezayi olduğunu hesab edir. O, bu ilin avqustunda nəmin yüksək vəzifəyə təyin olunub. 71 yaşlı Rezayi həm də Müctəba Xameneyinin Şuradakı nümayəndəsidir.

Lakin onu da qeyd edək ki, İran rəhbərliyində ayrı-ayrı nüfuzlu şəxslərin öldürülməsi ABŞ-nin gözlədiyi effekti verməyə də bilər. Necə ki, Əli Xameneyi və xeyli sayda yüksək vəzifəli rəsmilərin öldürülməsi İranın mövqeyini dəyişmədi. Əksinə, İran hakim elitasında mühafizəkarların, xüsusilə də SEPAH-ın mövqeyini daha da gücləndirdi…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью