Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır. Xameneinin baş məsləhətçisinin qızına etdiyi toy hakim rejimin riyakarlığını və i
Həmin toyun görüntüləri bu gün yenidən İran ictimaiyyətinin gündəminə qayıdıb.
Bu da onunla əlaqədardır ki, hakimiyyət son günlər əhaliyə müxtəlif mühafizəkar tələblərə əsaslanan çağırışlar edir, əxlaq polisinin genişləndirilməsilə bağlı addımlar atır.
“AzPolitika” xəbər verir ki, Şəmxaninin qızının yenidən gündəmə gətirilən toyu sosial şəbəkələrdə, mediada, İran əhalisi arasında böyük əks-səda doğurub və müzakirələrə səbəb olub.
Toy mərasimi Tehranda yerləşən bahalı otellərdən birində baş tutub.
Sosial şəbəkələrdə paylaşılan videolarda bahalı, elit həyat tərzi, mərasimdə gəlin başda olmaqla bəzi qadınların açıq, sərbəst geyim və musiqi müşayiəti diqqət çəkib.
Videodan göründüyü kimi, Şəmxaninin özü də “pis geyinməyib” və sanki bircə boğazının “kəpənəyi” çatmır… Bu mənzərə İran ictimaiyyətində, xüsusən də hicab qaydalarına ciddi əməl edilməsinin tələb olunduğu nəzərə alınmaqla, geniş narazılıq yaradıb.
Qeyd edək ki, Əli Şəmxani rejimin “açar fiqurlarından biri” hesab olunur.