İran rəsmi rəqəmləri açıqladı etirazlarda neçə nəfər həlak olub?

22.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İran Şəhidləri və Veteranları Fondunun ölkə daxilində baş verən son hadisələrlə bağlı ilk rəsmi ölüm sayını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, yaşayış xərclərinin yüksək olmasına qarşı etirazlarla başlayan son hadisələrdə ümumilikdə 3117 nəfər həlak olub.

İran dövlət televiziyasında yayımlanan açıqlamada son hadisələrdə həyatını itirən 3117 nəfərdən 2427-si "şəhid" adlandırılıb. Qalan 690 nəfər terrorçu, silahlı üsyançı və ya istintaq altında olan kimi təsvir edilib.

Bəyanatda deyilir: "Şəhidlərin əksəriyyəti öldürmək niyyəti ilə hədəfə alınan mülki şəxslər idi. Bəziləri izdihamın içərisindəki mütəşəkkil terrorçu elementlərin güllələrinə tuş gələn etirazçılar arasında idi. Bütün bu şəhidlər 8 illik müdafiə müharibəsinin şəhidləri və inqilab şəhidləri kimi bu millətin övladlarıdır. İran millətinin qolları həmişə şəhidlərinə açıqdır”.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью