İran rəsmiləri Dohada: ABŞ ilə mümkün razılaşma müzakirə olunur

25.05.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Dohaya səfər ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, İran rəsmilərinin səfərinin əsas məqsədi Qətərin baş naziri ilə mümkün ABŞ–İran razılaşmasını müzakirə etməkdir. Bildirilir ki, tərəflər regiondakı müharibənin dayandırılması istiqamətində diplomatik variantları nəzərdən keçirirlər.

Mənbənin sözlərinə görə, görüşdə həm regional təhlükəsizlik məsələləri, həm də Tehran və Vaşinqton arasında mümkün anlaşmanın perspektivləri müzakirə olunur.

Hələlik nə İran, nə də Qətər tərəfi görüşün detalları ilə bağlı rəsmi açıqlama verməyib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью