İran rəsmiləri internetdə bərabər çıxış tələb edir

22.04.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran rəsmiləri internetə çıxışda bərabərlik çağırışı edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın iki yüksək vəzifəli rəsmisi açıqlama verib.

Bildirilib ki, ölkədə geniş internet məhdudiyyətləri və qlobal şəbəkələrə çıxışın ciddi şəkildə məhdudlaşdırılması davam etdiyi bir vaxtda rəsmilər qeyri-bərabər internet siyasətini tənqid ediblər.

İranın Vitse-prezidenti Məhəmmədrza Aref qeyd edib ki, cəmiyyətin bütün təbəqələri üçün bərabər və ayrı-seçkiliyə yol verməyən internetə çıxış təmin edilməlidir.

“Sinif əsaslı internet hökumətin ədalətə yönəlmiş yanaşması ilə uyğun deyil”, – deyə o bildirib.

Aref əlavə edib ki, internetə çıxışda hər hansı məhdudiyyət rəqəmsal imkanlar arasında fərqləri artırır və bunun qarşısı alınmalıdır.

Rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi də “sinif əsaslı internet” və “ağ siyahı əsaslı giriş” modelinin dövlət siyasətində yer almadığını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью