İran rəsmiləri təsdiqlədi: ABŞ ilə danışıqlar keçirilə bilər

02.02.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Qarşıdakı günlərdə İran və ABŞ rəsmiləri arasında danışıqların keçirilməsi ehtimalı var.

Bakıvaxtı.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyində məsələdən məlumatlı olan mənbə bildirib.

Danışıqlarda İran tərəfdən iki rəsmi şəxs iştirak edəcək: "Danışıqların vaxtı və məkanı hələlik təyin olunmayıb. Dialoq böyük ehtimalla İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında baş tutacaq".

Daha əvvəl isə dünya mətbuatında yaxın günlərdə ABŞ və İran rəsmiləri arasında Türkiyədə danışıqların aparılacağı ilə bağlı xəbər yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью