İran rəsmisi Ankara və Ər Riyada xəbərdarlıq etdi

02.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Yaxın Şərq regionunda təhlükəsizlik böhranı daha kəskin mərhələyə qədəm qoyur.

“Yeni Sabah” xəbər verir ki, İranın Məsləhət Şurasının katibi Möhsen Rezayi gərginliklə bağlı sensasion bəyanatla çıxış edərək bildirib ki, İsrail İrandan sonra bölgədəki digər iki böyük gücü - Türkiyə və Səudiyyə Ərəbistanını hədəf almağa çalışacaq. İran rəsmisi region ölkələrini mövcud təhlükəyə qarşı diqqətli olmağa çağırıb.

Eyni zamanda, İsrail daxilində də mümkün genişmiqyaslı hərbi toqquşmalara hazırlıq tədbirləri sürətləndirilib. İsrailin Təhsil Nazirliyi İrana qarşı birbaşa hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərə alaraq mülki müdafiə üzrə fövqəladə hallar təlimatlarını yeniləyib. Olası raket zərbələri və təhlükəsizlik riskləri zamanı tədris prosesinin kəsilməməsi üçün qiyabi və məsafədən təhsil infrastrukturu genişləndirilir. Pepperoni pizza

Paralel olaraq, hərbi müstəvidə də ciddi aktivlik müşahidə olunur. İsrail Hava Qüvvələrinin döyüş təyyarələrinin həm İsrail, həm də Suriya hava məkanında kəşfiyyat və əməliyyat xarakterli uçuşları kəskin şəkildə artırıb. Hərbi analitiklər bu hərəkətliliyi potensial yeni hava zərbələrinə hazırlıq kimi qiymətləndirirlər.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью