İran rəsmisi Bakıda açıq şəkildə təhlükə xarakterli mesajlar ötürüb AÇIQLAMA

28.01.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanda jurnalistlərlə görüşü zamanı bildirib ki, İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.

Bəs bu mesajı necə dəyərləndirmək olar?

Politoloq Amid Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Vahid Cəlalzadə Azərbaycana rəsmi səfəri zamanı etdiyi çıxışda, İran ətrafında yerləşən ölkələrə növbəti mümkün eskalasiya fonunda dolayı, lakin açıq şəkildə təhlükə xarakterli mesajlar ötürüb:

"Bu çıxış regional təhlükəsizlik kontekstində məsuliyyətli diplomatik xəbərdarlıqdan daha çox, mümkün qarşıdurmanın nəticələrinin qonşu dövlətlərə də sirayət edəcəyinə dair siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью