Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tehran Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan "snapback" mexanizmini işə salmaq cəhdlərini İran ilə münaqişəyə girmək kimi qiymətləndirəcək.
Oxu.Az "Borna News" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) Xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Möqtədai bildirib.
"Biz avropalılara İranla münasibətlərinin gələcəyi haqqında diqqətlə düşünməyi məsləhət görürük...
Avropa ölkələrinin "snapback" mexanizmindən istifadə etmək istəyi hərbi hücuma bərabərdir", - deyə Möqtədai qeyd edib.
Deputat vurğulayıb ki, bu mexanizmin işə salınması o halda mümkündür ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bütün iştirakçıları onun şərtlərinə əməl etsinlər.
Möqtədai, həmçinin bildirib ki, ABŞ öz növbəsində sazişdən çıxıb, avropalılar isə İrana qarşı düşmənçilik siyasəti yürüdürlər.
O əlavə edib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasının əleyhinədir.