İran rəsmisi Putinlə görüşdə müzakirə olunan məsələləri AÇIQLADI

05.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Rusiya Prezidenti Vladimir Putinlə görüşündə regional məsələləri, müharibədən sonrakı vəziyyəti və təhlükəsizliyin təmin olunmasını müzakirə etdiklərini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə IRIB agentliyi məlumat yayıb.

Rzainin sözlərinə görə, görüş zamanı regionla bağlı mühüm məsələlər, eləcə də müharibədən sonrakı vəziyyət və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Görüş zamanı Rzai İranın Ali Rəhbəri Müctəba Xameneinin məktubunu da Putinə təqdim edib. O, məktubun məzmunu barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 5-də Putinin Möhsün Rzaini Kremldə qəbul etdiyini açıqlayıb.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью