Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər-Abbas limanı, şimal nöqtəsi i
Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi bu məsafənin birləşməsini tamamlayacaq.
Avtosfer.az “Azərtac”a xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi Tehranda keçirilən Xəzər İqtisadi Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, yüklərin cənubdan şimala daşınması İran və sərhədyanı dövlətlər üçün çox vacibdir.
“Bu yol tranzit yükdaşımalarının və ümumilikdə nəqliyyatın inkişafı üçün əhəmiyyətlidir.
İran hökuməti Rəşt-Astara dəmir yolu xətini tamamlamaqda qərarlıdır.
İran ilə Rusiyanın müvafiq qurumlarının nümayəndələri son bir ay ərzində 5 dəfə görüş keçiriblər.
Rusiya yolun tamamlanması üçün 1 milyard 600 milyon avro kredit ayırıb.