İran rialı denominasiyaya UĞRAYIR: Dörd sıfır silinir

22.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İran prezidenti Masud Pezeşkiyan milli valyuta olan rialın denominasiyası barədə fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə prezident administrasiyasının dərc etdiyi məlumatda deyilir.
Rial yüz kerandan (milli valyutanın tarixi adını daşıyan daha kiçik pul vahidi) ibarət olacaq.
Parlament tərəfindən təsdiqlənmiş yeni valyutaya mərhələli keçid dövrü üç il davam edəcək və bu müddətdə həm köhnə, həm də yeni tip pul nişanlarından istifadə etmək mümkün olacaq.
Bundan əvvəl İran Konstitusiyasının Keşikçilər Şurası milli valyuta əskinaslarından dörd sıfırın
silinməsi barədə qərarın ölkə konstitusiyasına zidd olmadığını bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью