İran Rusiya ilə Buşehr AES də yeni blokların tikintisi ilə bağlı danışıqlar aparır

24.04.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Rusiya ilə Buşehr Atom Elektrik Stansiyasında yeni blokların tikintisi ilə bağlı təmasdadır.

“Fars”ın xəbərinə görə, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Ümidvarıq ki, Buşehr AES-də yeni blokların tikinti prosesi daha sürətlə həyata keçəcək. Rusiya ilə daimi təmasdayıq və rusiyalı mütəxəssislərin bu AES-də öz fəaliyyətlərini icra edə biləcəkləri şəraitin yaranmasına ümid edirik”, - Cəlali bildirib.

Qeyd edək ki, Buşehr AES-in bəzi hissələri ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində zədələnib və rusiyalı mütəxəssislərin əksəriyyəti oradan təxliyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью