Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müqavilələrdə Rusiyanın 2014-cü ildə Ukraynadan zəbt etdiyi Krımın və ya digər mübahisəli ərazilərin tanınması nəzərdə tutulmayıb...
İran prezidenti Məsud Pezeşkian və Rusiya diktatoru Putin yanvarın 17-də Moskvada görüşərək strateji tərəfdaşlıq sazişi imzalayacaqlar.
Bu sənəd Tehranın Rusiyanın Ukrayna ərazilərini işğalını tanımayacağını nəzərdə tutur.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.
Sazişin ölkələr arasında növbəti 20 il ərzində əməkdaşlığı tənzimləyəcəyi bildirilir.
Nəşrin mənbələri bildirirlər ki, saziş layihəsi dörd-beş il ərzində 20-30 raundluq danışıqlardan sonra tamamlanıb.
Sənəd sənayenin geniş spektrini əhatə edən 47 maddədən ibarətdir.