İran Rusiya və Çinlə birlikdə birqütblü dünyaya qarşı mübarizə planlarını açıqlayıb

05.12.2024

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran çoxqütblü dünya nizamının qurulması üçün Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə əlaqələri genişləndirməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Çjan Quoqinqin başçılıq etdiyi yüksək səviyyəli Çin nümayəndə heyəti ilə Tehranda görüşündə deyib.

“Biz birqütblü dünya nizamına qarşı çıxmaq üçün Çin və Rusiya ilə əməkdaşlığımızı dərinləşdirməyə sadiqik”, - Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirir. İran prezidentinin sözlərinə görə, “ABŞ beynəlxalq arenada hegemonluğa can atır”.

Oktyabr ayında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Pezeşkian deyib ki, Moskva və Tehran Amerika sanksiyalarının mənfi nəticələrini neytrallaşdıra biləcək. İranın icra hakimiyyətinin başçısı bundan əvvəl qeyd edib ki, müstəqil ölkələr çoxtərəfli əməkdaşlıq sayəsində ABŞ-ın dünyada hegemonluğunu yox edə biliblər.

Qadir, Bizimyl.onfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью