İran Rusiya və Çinlə əməkdaşlıq edərək ABŞ nin təzyiqinin öhdəsindən gəlməyə ümid edir

12.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

İran ABŞ-ın yeni prezidenti Donald Trampın maksimum təzyiq siyasətinin yaratdığı iqtisadi çətinlikləri Rusiya və Çinin dəstəyi ilə aradan qaldıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bahşayeş Ərdestani deyib.

“ABŞ-ın maksimum təzyiqi altında belə, biz Donald Trampın prezidentliyi başa çatana qədər Rusiya, Çin və qonşu dövlətlərlə qarşılıqlı əlaqədə olmaqla bəzi iqtisadi problemləri həll edə bilərik”, - deyə o, bildirib.

Əhməd Bahşayeş qeyd edib ki, ABŞ prezidentinin maksimum təzyiq siyasəti İranı “silahsızlaşdırmaq”, İranın raket arsenalını əlindən almaq və iqtisadiyyatı zəiflətmək məqsədini daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью