Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
“İran İsraillə münaqişənin kəskinləşməsi fonunda Rusiyadan dəstək istəməyib”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
Kreml rəhbəri Tehrandan heç bir müraciətin olmadığını bildirib:
"Biz iranlı tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Hazırda mütəxəssislərimiz Buşehrdə işləyir, bu dəstək deyilmi? İran bizdən başqa dəstək istəməyib və bir daha deyirəm, biz öz qiymətlərimizi vermişik", - deyə Putin vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az