İran Rusiyaya nə qədər raket satıb?

13.01.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, adının açıqlanmasını istəməyən təhlükəsizlik məsələləri üzrə bir qərbli məmur “Bloomberg” agentliyinə açıqlamasında belə deyib.
“Müqavilələr 2021-ci ilin oktyabrında - müharibə başlamazdan bir neçə ay əvvəl imzalanıb. Onlar ballistik raketlərin və “yer-hava” tipli raketlərin tədarükü ilə bağlı idi. Alınmalara aşağıdakılar daxildir: yüzlərlə “Fath-360” qısa mənzilli ballistik raketlər; 500-ə yaxın digər qısa mənzilli ballistik raketlər; hava hücumundan müdafiə sistemləri ilə əlaqəli təxminən 200 “yer-hava” raketi”, - mənbə bildirib.
İran həmçinin Moskvaya milyonlarla döyüş sursatı və artilleriya mərmiləri, eləcə də “Şahed-136” kamikadze pilotsuz uçan aparatları və onların Rusiyada “Geran-2” adı ilə istehsalı texnologiyası verib. 2023-cü ilin əvvəlində imzalanan dron müqaviləsinin dəyəri 1,75 milyard dollar olub.
Ümumilikdə, Qərb mənbələri Rusiyanın 2021-ci ilin sonundan bəri İranın hərbi texnikasına 4 milyard dollardan çox xərclədiyini təxmin edir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью