Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “AH-64 Apache” helikopterinə hücum etdiyini açılayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda o, “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, təyyarədə iki pilot olub və onlardan heç biri xəsarət almayıb.
CNN ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb ki, helikopter İrana məxsus kamikadze pilotsuz uçan aparat tərəfindən vurulub. Məlumata görə, döyüş maşınına hücum İranın “Şahed” kamikadze pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib.