Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, Bəkayi həmin qəddar hücumla bağlı açıqlamasında dərin nifrət və qəzəb hiss etdiklərini bildirərək, Suriyada və bölgədə dini məkanları və din xadimlərini hədəf alan terror aktlarının bölgə ölkələrində fitnə və parçalanma yaratmaq istəyən Sionist rejim və ABŞ-ın şeytani planlarının bir hissəsi olduğunu vurğulayıb.
O, bütün tərəflərin belə sui-qəsdlərə qarşı ayıq olmasının vacibliyini qeyd edərək, terrorizm və radikalizmə qarşı qətiyyətli mübarizənin və bu istiqamətdə məsuliyyətlərin yerinə yetirilməsinin zəruriliyini bildirib.
Bəkayi alim Mənsurun ailəsinə, Suriya xalqına və ölkənin dini alimləri icmasına başsağlığı verərək, terror hücumunun törədicilərinin və arxasında duran qüvvələrin müəyyən edilərək cəzalandırılmasının vacib olduğunu söyləyib. O, həmçinin terrorizmin kökünün kəsilməsi üçün bölgə ölkələri arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Sözçü, Suriyadakı keçid hökumətinin də ölkədəki xalqın, dini alimlərin və bütün etnik, dini və məzhəb qruplarının təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıdığını vurğulayıb.
Bizimyol.info