İran saytı: “Bölgədə Dəmir İpək Yolu işə düşür” | Icma.az
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Türkiyənin İğdır şəhərində avqustun 22-də təməli qoyulan Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihəsi təkcə texniki və nəqliyyat baxımından deyil, həm də geosiyasi və strateji əhəmiyyətinə görə diqqət mərkəzindədir”.
Tribunainfo.az bildirir ki, bu fikirlər İranda yayınlanan “Tahlil Bazaar” saytında dərc olunmuş məqalədəndir.
Sayt yazır ki, bu marşrut vasitəsilə Çin malları Orta Asiya və Xəzər dənizini keçərək Rusiya və Süveyş kanalı marşrutlarını yan keçməklə Türkiyə və Avropaya daşına bilər.
“224 kilometrlik dəmir yolu Naxçıvan sərhədinədək uzanacaq və Orta Dəhlizin inkişafına töhfə verəcək”.
Nəşr qeyd edir ki, bu layihə yalnız Azərbaycan və Naxçıvanı birləşdirməklə kifayətlənmir.
“Eyni zamanda Türkiyə və Azərbaycanın regionda öz infrastrukturlarını qurmaq siyasətini nümayiş etdirir”.
Sonda vurğulanıb ki, İğdır-Naxçıvan xəttini artıq “Dəmir İpək Yolu” adlandırır.
Tam oxu
Xəbəri oxu