İran səfiri deportasiya əmrinə baxmayaraq Beyrutda qalacaq

30.03.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

İran səfirinin deportasiya əmrinə baxmayaraq Beyrutda qalacağını bildirili. 
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyi bildirib ki, səfir Livanın onun ölkədən çıxması əmrinə məhəl qoymadan Beyrutda işləməyə davam edəcək.

Livan Xarici İşlər Nazirliyi ötən həftə İranın səfir təyin etdiyi Məhəmməd Rza Şibaninin akkreditasiyasını geri götürərək onu persona non qrata elan edib və ona 29 marta qədər ölkəni tərk etməyi tapşırıb.

Nigar,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью