İran səfiri Fransa XİNə çağırılıb

10.01.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran səfiri Məhəmməd Amin Necad Fransa vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.

Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью