İran səfiri: Hörmüz boğazına Tehran və Maskat nəzarət edir

06.06.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İran və Oman Hörmüz boğazına nəzarət edir və gəmilərin keçidi üçün rüsum alırlar”

“İran və Oman Hörmüz boğazına nəzarət edir və gəmilərin keçidi üçün rüsum alırlar”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) kluarında deyib.

"Hörmüz boğazına gəldikdə, biz və Oman tərəfdaşlarımız bu boğazla bağlı qərarlar qəbul edirik", - deyə o bildirib.

"Biz bu boğazdan keçidin sadələşdirilməsini istəyirik. Əlbəttə ki, bu boğaz üzərində suverenlik tətbiq olunmalıdır. Təbii ki, xidmətlərimiz üçün müəyyən məbləğdə rüsum alırıq. Amma bu o demək deyil ki, biz bu boğazı bağlamaq istəyirik. Biz keçidin təhlükəsiz olmasını və boğazdan keçməsini istəyirik", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью