İran səfiri İrəvandakı Azərbaycan memarlıq abidəsində mərasim keçirdi | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən İrəvandakı Azərbaycanın qədim memarlıq abidəsi olan Göy Məsciddə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iştirakı ilə bu ölkədə fars dili tədris olunan məktəblərin müəllimləri tərəfindən “Çillə gecəsi” münasibəti ilə şənlik mərasimi təşkil edilib.Bizim.Media xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalı yazıb.Məlumata görə, Göy Məsciddə keçirilən mərasimə İranın İrəvandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed, fars dilini tədris edən professorlar, şagirdlər, eləcə də İran mədəniyyəti ilə maraqlanan insanlar qatılıblar.Qeyd olunub ki, şənlikdə İranın İrəvandakı səfiri Mehdi Sübhani çıxış edərək bildirib ki, “Çillə gecəsi”nin Ermənistanda keçirilməsi iki xalq arasında dərin mədəni əlaqələrin göstəricisidir.Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu