Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İranın Dohadakı səfiri Qətər Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən məlumat verib.
Bildirilib ki, buna səbəb ötən gecə İranın ABŞ-nin "Əl-Udeyd" hava bazasına zərbələr endirməsi olub.
Eyni zamanda, altı körfəz ölkəsinin xarici işlər nazirləri İranın Qətərdəki ABŞ hərbi bazasına hücumunu müzakirə etmək üçün bu gün Dohada fövqəladə iclas keçirəcəklər.
Xatırladaq ki, ötən gecə İran ABŞ-nin "Əl-Udeyd" hava bazasına raket hücumu həyata keçirib.